Radniçkinin direktoru: Amil Yunanov Serbiyada daha güclü çempionatda oynaya bilərdi
5 fevral 2016 14:00
Serbiyanın "Radniçki" klubunun direktoru Marko Yovanoviç "Sumqayıt"ın hücumçusu Amil Yunanovu transfer etmək istəklərinin alınmamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sumqayıt" oyunçusunu klubumuza buraxmaq istəmədi. Halbuki, gənc futbolçunun maraqlı karyera qurmaq imkanı olacaqdı. Yunanov Serbiyada daha güclü çempionatda çıxış edə bilərdi. Amma klubunda onu buraxmamağa qərar verdilər. Bizdə perspektivli futbolçularla bağlı problem yoxdur. Ona dərhal əvəzləyici tapdıq. Çünki komandamız hazırda toplanışdadır və transferləri gecikdirə bilmərik".