XL transferə çıxardığı futbolçuları geri qaytarır
2 fevral 2016 11:20
"Xəzər Lənkəran" transferə çıxardığı futbolçuları geri qaytara bilər. Azerisport.az saytına klubdan verilən məlumata görə, Elnur Cəfərovla Kamran Abdullazadənin komandaya qaytarılması müzakirə mövzusudur.
Hər iki futbolçu yanvar ayında transferə çıxarılmışdı. Amma onlar özlərinə yeni iş yeri tapa bilməyiblər. Bu üzdən də XL onları komandaya qaytarmaq istəyir.
Komandadan göndərilən digər futbolçulardan Kazım Kazımlı ilə Elvin Mirzəyev isə birinci divizion klubu "Turan Tovuz"a keçib.