Samir Abasov: Sumqayıtın qarşısına kuboku qazanmaq hədəfi qoyumayıb
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Neftçala"ya qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz birinci divizionun liderinə qarşı oynayacağıq. Üstəlik, onların ötən kubok mövsümündə necə çıxış etdiyini də yaxşı xatırlayıram. Bu komanda Premyer Liqanın istənilən təmsilçisinə başağrısı ola bilər. Onlar Premyer Liqada oynamağa da layiqdirlər. Səfərdə oynamağımız bizim işimizi daha da çətinləşdirir. Həm də eşitmişəm ki, orada stadionun qazonu o qədər də yaxşı vəziyyətdə deyil. Bu, əlavə çətinlik yaradacaq. Hər şeyə rəğmən, qələbə üçün gedirik. Qarşımıza kuboku qazanmaq hədəfi qoyulmayıb, amma mümkün qədər irəli getmək istəyirik".