Yan Vertongen: Bizə qarşı təcrübəli komanda oynayırdı
27 noyabr 2015 15:00
İngiltərənin "Tottenhem" klubunun müdafiəçisi Yan Vertongen Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Biz müdafiədə yaxşı oynadıq. Bizə qarşı təcrübəli komanda çıxış edirdi. Artıq "Çelsi" ilə oyuna hazırlaşmalıyıq".