UEFA İnterdə monitorinq aparacaq
UEFA-nın klubların maliyyə nəzarəti üzrə İstintaq Palatası İnstansiyası 6 klubun işini Arbitraj Palatasına verib. Azerisport.az xəbər verir ki, həmin klublar arasında Azərbaycan təmsilçisi "İnter" də var.
Bakılıların Portuqaliya "Braqa"sı, Ukrayna "Dnepr"i, həmçinin Rumıniyanın "Tarqu-Mureş", "Astra" və "Botoşani" klubları ilə birgə maliyyə pozuntularına yol verdiyi iddia olunur. Onlar 30 iyun - 30 sentyabr aralığında vacib sahələrdə - digər klublara, öz əməkdaşları və sosial-vergi xidmətlərinə gecikdirilmiş ödənişlərlə bağlı tələbləri pozublar. Yekun qərar ilin sonunadək Arbitraj Palatasında qəbul olunmalıdır.
Bu klublara mükafatın ödənişləri müvəqqəti dayandırılıb. Sözügedən klublarda aparılacaq monitorinqlərin nəticəsi isə 2016-cı ilin əvvəlində açıqlanacaq.