Rəşad Sadiqov: PAOK-a mütləq qalib gəlməliyik
25 noyabr 2015 17:20
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Panatinaikos"la səfərdə heç-heçə etməyə nail olmuşduq. Amma PAOK-a mütləq qalib gəlməliyik. İkisi də Yunanıstan klubu olsa da, oyun tərzləri fərqlənir. Məsələn, biri beş, digəri dörd müdafiəçi ilə oynayır. Amma bu, bizim qrupdan çıxmaq şansımızı saxlamaq üçün son şansımızdır".