Azərbaycan millisinin sabiq üzvü karyerasını başa vurdu
25 noyabr 2015 14:40
Azərbaycan yığmasının sabiq müdafiəçisi Elhad Nəziri futbolçu karyerasını başa vurub. Azerisport.az xəbər verir ki, buna səbəb onun yayda "Neftçala"nı tərk etdikdən sonra özünə klub tapa bilməməsi olub.
Qeyd edək ki, Berti Foqtsun dövründə milli komandamıza dəvət olunan bu futbolçu Bakının "Lokomotiv", Moldovanın "Milsami", Rumıniyanın "Petrolul" klublarında, eləcə də "Rəvan", "İnter" və "Araz Naxçıvan"da çıxış etmişdi.