Ermin Zets: PAOK fanatları Qəbələ üçün problem deyil
25 noyabr 2015 11:00
"Qəbələ"nin hücumçusu Ermin Zets Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Yunanıstan PAOK-una qarşı keçirəcəkləri səfər oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ağır oyun olacaq. Biz ilk oyunda nəyə qadir olduğumuzu yunanlara göstərmişdik. Sabah keçiriləcək səfər oyununda da uğur qaanmaq şansımız var. Qələbəyə oynayacağımızı gizlətmirik. Sonadək mübarizə aparacağıq. PAOK-un yaxşı azarkeşlərinin olduğunu bilirəm. Amma bu, bizim üçün prblem deyil. Biz "Panatinaikos" və "Borussiya" kimi güclü azarkeş dəstəyinə malik komandalarla da oynamışıq".