PAOK - Qəbələ oyununda təhlükəsizlik gücləndirilmiş rejimdə qorunacaq
24 noyabr 2015 11:40
Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Yunanıstanın PAOK klubu "Qəbələ"ni qəbul edəcək. Azerisport.az xəbər verir ki, bu qarşılaşmanın keçiriləcəyi Salonikidəki "Tumba" stadionunda təhlükəsizlik ən yüksək səviyyədə qorunaca.
Buna səbəb hazırda Avropa ölkələrindəki terror təhlükəsinin Yunanıstanda da təkrarlanmaq ehtimalının olmasıdır.
Qeyd edək ki, PAOK - "Qəbələ" - matçı noyabrın 26-dan 27-nə keçən gecə keçiriləcək və saat 00:05-də start götürəcək.