Samir Əliyev: XL üzərində qələbədə Əsgər Abdullayevin işini xüsusi qeyd etmək lazımdır
"Neftçi"nin sabiq baş məşqçisi Samir Əliyev bu komandanın Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Xəzər Lənkəran" üzərində qazandığı qələbəni (2:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"nin qələbə qazanmasına sevindim. Komandanın qələbəsiz oyunlar seriyasına Lənkəranda son qoyması ikiqat sevindirici oldu. Uşaqları, baş məşqçini, rəhbərliyi bu qələbə münasibətilə təbrik edirəm. Əsgər Abdullayevin işini xüsusi qeyd etmək istərdim. O, komandanı çətin anda qəbul etdi, məsuliyyəti üzərinə götürdü və Lənkəranda ağır oyunda qələbə qazandı".
"Bu oyunda Fəhmin Muradbəyli ilə Elşən Abdullayevin qol vurması da sevindiricidir. Onların hər ikisi öz oyunu ilə göstərdi ki, gələcəkdə "Neftçi"nin aparıcı futbolçusu olacaqlar. Belə oyun sərgiləmələri çox yaxşıdır. Fəhmin və Elşənlə yanaşı, Rahil Məmmədovun da oyununu qeyd etmək lazımdır. "Xəzər Lənkəran"la oyunda bütün futbolçular yaxşı çıxış etdilər".