Rahid Əmirquliyev: Seçmə mərhələni layiqli şəkildə başa vurmaq istəyirik
13 oktyabr 2015 00:00
Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün Sofiyada keçirilən mətbuat konfransında bunları söyləyib:
"Rəqibi yaxşı analiz etmişik. Bizi çətin oyun gözlədiyini bilirik. Amma Bolqarıstana asan gəzintiyə gəlməmişik. Rəqib komandanın güclü və zəif cəhətlərindən xəbərimiz var. Seçmə mərhələni layiqli şəkildə başa vurmaq istəyirik".