Robert Prosineçki: Yaxşı nəticə qazanmaq şansımız var
12 oktyabr 2015 23:40
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu gün Sofiyada keçirilən mətbuat konfransında bunları söyləyib:
"Bütün komanda sabahkı oyuna ciddi hazırlaşıb. Təkcə yaxşı oynamağı yox, həm də müsbət nəticə qazanmağı düşünürük. Bolqarıstan yığması iki gün əvvəl Xorvatiyaya qarşı çətin oyun keçirib. Bizim seçmə mərhələnin son oyununda yaxşı nəticə qazanmaq şansımız var".