Azərbaycanın Bolqarıstanla səfər matçı üçün start heyəti açıqlandı
12 oktyabr 2015 23:30
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçiriləcək səfər oyunu üçün start heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Sofiyada baş tutacaq görüşdə aşağıdakı oyunçulara şans verəcəyini bildirib:
Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Ruslan Abışov, Rəşad Sadıqov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Ruslan Qurbanov, Əfran İsmayılov, Elnur Cəfərov.