Jivko Milanov: Azərbaycana qalib gələcəyimizə ümid edirəm
12 oktyabr 2015 18:45
Bolqarıstan yığmasının müdafiəçisi Jivko Milanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, Sofiyada baş tutacaq görüşlə bağlı bunları söyləyib:
"Ümid edirəm ki, tsiklin son oyununda Azərbaycana qalib gələcəyik. Şəxsən mən bunun üçün əlimdən gələni edəcyəm. Əsas öz gücümüzə inanmağımızdır. Komandamızda yaxşı futbolçular var. Potensial da daha yaxşı nəticələr qazanmağa imkan verir".