Petev Azərbaycanla oyun öncəsi milliyə daha üç futbolçu çağırdı
12 oktyabr 2015 18:30
Sabah AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq Bolqarıstan yığmasının heyətində dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki, baş məşqçi İvaylo Petev millimizlə görüş öncəsi daha üç futbolçuya dəvət göndərib.
Belə ki, o, İtaliyanın "Palermo" klubunda çıxış edən İvaylo Çoçev, eləcə də Bolqarıstan "Ludoqorets"ində top qovan Svetoslav Dyakovla Yordan Minevi milliyə çağırıb. Sözügedən futbolçular artıq millimizlə görüşə hazırlaşırlar.
Qeyd edək ki, Bolqarıstan - Azərbaycan matçı sabah Sofiyada keçiriləcək və saat 23:45-də start götürəcək.