Antonio Konte: Azərbaycan yığmasına yuxarıdan aşağı baxmamağa çalışacağıq
10 oktyabr 2015 00:10
İtaliya yığmasının baş məşqçisi Antonio Konte AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində komandasının 28 oyundur məğlubiyyət tanımamasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Məğlubiyyətsiz oyunlar seriyamızı uzatmağa çalışacağıq. Amma bu, çox çətin olacaq. Yeni stadionda oynayacağıq. Hansı ki, böyük ehtimalla tribunalara çoxlu azarkeş toplaşacaq. Ümid edirəm ki, sürpriz olmayacaq. Əlbəttə, komandaların səviyyəsi fərqlidir. Amma biz rəqibə yuxarıdan aşağı baxmamağa çalışacağıq".