Ruslan Qurbanov: İtaliya ilə oyunda Azərbaycan xalqını sevindirmək istəyirik
9 oktyabr 2015 11:00
Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz bu oyuna həddən artıq ciddi hazırlaşırıq. İtaliya ilə oyuna motivasiya yüz faizdir. Hər birimiz bu görüşün önəmini başa düşürük. Biz dördqat dünya çempionuna qarşı mübarizə aparacağıq. Uğurlu nəticə qazanmaq üçün maksimum güc sərf etməyə hazırıq. Azərbaycan xalqını sevindirmək istəyirik. Həm də oyun Bakı Olimpiya stadionunda keçiriləcək. Fikrimə, tribunalar dolu olacaq və azarkeşlər bizi bütün oyun boyu dəstəkləyəcəklər. Baxımlı və inamlı futbol sərgiləmək üçün əlimizdən gələni edəcəyik. Müsbət nəticə qazanmaq istəyirik".