İlqar Qurbanov: Qəbələ ilə yanaşı, Zirə, Neftçi və İnteri də unutmaq olmaz
"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"lə oyunumuz maraqlı alındı. "İnter"in yaxşı komanda olduğunu bilirdik. Çətin olacağını da öncədən başa düşürdük. Rəqib heyətdə təcrübəli futbolçular vardı. Onların hər biri matçın taleyini həll etməyə qadir idi. Amma bizim də əsas hədəfimiz 3 xal qazanmaq idi. Şükürlər olsun ki, qalib gəldik. Penalti epizoduna gəlincə, Elvin Məmmədovun onu necə vurmasının önəmi yoxdur. Əsas odur ki, həmin epizodda qol olmadı".
Fikrimcə, bu mövsüm çempionluq uğrunda yalnız "Qəbələ" ilə mübarizə aparmayacağıq. Yaxşı komandadır. Amma "Zirə", "Neftçi" və "İnter"i də unutmaq olmaz. Çox çətin çempionat olacaq. Komandalar tədricən forma toplayırlar. Bizi daha ağır oyunlar gözləyir".