Neftçinin futbolçusu 1 oyunluq cəzalandı
6 oktyabr 2015 13:00
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Zirə” – “Neftçi” matçının 69-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Etibar Süleymanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
"Kəpəz” - “Sumqayıt” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
"Qəbələ” - “Xəzər Lənkəran” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.