Qəbələ Krasnodara səfər oyununda məğlub oldu
Bu gün Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qəbələ" də qrupdakı növbəti oyununa çıxıb.
Roman Qriqorçukun çalışdırdığı komanda səfərdə Rusiyanın "Krasnodar" klubunun qonağı olub. Təmsilçimizin qonşu ölkədən hətta heç-heçə ilə qayıtması da sürpriz nəticə kimi qiymətləndirilə bilərdi. Qəbələlilər məhz bərabərliyə çox yaxın olduğu qarşılaşmanın son anlarında daha bir qol buraxaraq, məğlubiyyətlə üzləşib.
Bu gün təmsilçilərimizin yer aldığı qrupda daha bir oyun baş tutub. Dortmund "Borussiya"sı (Almaniya) səfərdə Yunanıstan PAOK-unun qonağı olub. Hesabı meydan sahibləri açıblar. 34-cü dəqiqədə Robert Mak fərqlənib. Amma dortmundlular 72-ci dəqiqədə Qonzalo Kastronun qolu ilə hesaba tarazlıq gətiriblər və qarşılaşma sülhlə bitib - 1:1.
UEFA Avropa Liqası
C qrupu
2-ci tur
1 oktyabr
"Krasnodar" - "Qəbələ" - 2:1 (1:0)
Qollar: Vanderson, 8 (1:0). Dodo, 51 (1:1). F.Smolov, 84 (2:1).
Sarı vərəqə: F.Pereyra, 45. A.Yendjeyçik, 73. V.Stankoviç, 80. D.Bezotosnı, 82. A.Qranqvist, 82. O.Axmedov, 87. R.Sadiqov, 88.
Baş hakim: Marçin Borski (Polşa).
Krasnodar. "Kuban" stadionu.
"Krasnodar": 88. Andrey Sinitsin, 3. Stefan Strandberq, 5. Artur Yendjeyçik, 6. Andreas Qranqvist (k), 17. Vitali Kaleşin, 7. Pavel Mamayev (21. Rikardo Laborde, 66), 8. Yuri Qazinski, 10. Odil Axmedov, 77. Karles Kabore, 9. Ari (90. Fedor Smolov, 60), 14. Vanderson.
Ehtiyat oyunçular: 31. Andrey Dikan, 27. Raqnar Siqurdsson, 18. Vladimir Bıstrov, 22. Joazinyo, 98. Sergey Petrov.
Baş məşqçi: Oleq Kononov.
"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 10. Dodo (k), 19. Aleksey Qay, 88. Derlis Meza Kolli (6. Rəşad Sadiqov, 46 / 66. Samir Zərgərov, 90+1), 9. Sergey Zenyov, 32. Fakundo Pereyra, 69. Aleksey Antonov (7. Ermin Zets, 75).
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 70. Vaqif Cavadov.
Baş məşqçi: Roman Qriqorçuk.