İsrafilovsuz Eybar məğlub oldu
4 sentyabr 2015 14:00
İspaniyanın "Eybar" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "Sportinq" (Xixon) klubu ilə qarşılaşıb.
Matç futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. İsrafilov hazırda Azərbaycan yığmasının düşərgəsində olduğundan, bu görüşün iştirakçısı olmayıb.