İvan Rakitiç: Azərbaycana qarşı pis oynamadıq
4 sentyabr 2015 13:30
Xorvatiya yığmasının yarımmüdafiəçisi İvan Rakitiç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çətin oyun oldu. Amma bu, bizə bəraət qazandıra bilməz. Çünki rəqib də eyni şərtlər altında oynayırdı. Bizim qol vurmaq üçün şanslarımız oldu. Sadəcə, yararlana bilmədik. Robert Prosineçkinin komandasını yaxşı hazırladığını qeyd etmək lazımdır. Biz pis oynamadıq. Ümid edirəm ki, Norveçlə oyunda qol vura biləcəyik. Əlbəttə, nəticədən narazıyam. Qələbə də qazana bilərdik".