Qəbələ Avropa Liqasına 22 futbolçu sifariş etdi
"Qəbələ" Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi komandanın sifariş vərəqəsində 22 futbolçunun adı yer alıb.
Onlardan üçü qapıçı, yeddisi müdafiəçi, səkkizi yarımmüdafiəçi, dördü hücumçudur.
Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 33. David Petrkeviç;
Müdafiəçilər: 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael;
Yarımmüdafiəçilər: 5. George Floresku, 6. Rəşad Sadiqov, 10. Dodo, 14. Cavid Hüseynov, 19. Alekesy Qay, 66. Samir Zərgərov, 70. Vaqif Cavadov, 88. Derlis Meza Kolli;
Hücumçular: 7. Ermin Zets, 9. Sergey Zenyov, 32. Fakundo Pereyra, 69. Aleksey Antonov.
Maraqlıdır ki, jurnalist Rasim Əliyevin ölümünə görə hazırda həbsdə olan Cavid Hüseynovun adı qrup mərhələsi üçün də sifariş edilib.
Qeyd edək ki, "Qəbələ" Avroliqanın qrup mərhələsində Almaniyanın "Borussiya" (Dortmund), Yunanıstanın PAOK və Rusiyanın "Krasnodar" klubları ilə mübarizə aparacaq.