Aleksandr Çertoqanov: Milli üçün xorvatlarla oyun daha çətin olacaq
2 sentyabr 2015 11:40
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Maltaya qarşı oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Digər oyunlarda olduğu kimi, Xorvatiya və Malta ilə görüşlər də millimiz üçün çətin keçəcək. Komandaya gənc futbolçuların cəlb olunması da öz faydasını göstərir. Əsas odur ki, yığmamız layiqli mübarizə aparsın və yaxşı oyun sərgiləsin. Fikrimcə, hamı Xorvatiyanın dünyanın ən güclü komandalarından biri olduğunu başa düşür. Ona görə də bu komanda ilə görüş xüsusilə çətin olacaq".