Krasnodar Qəbələ ilə matçın bilet satışına başladı
1 sentyabr 2015 19:15
Rusiya "Krasnodar"ı artıq Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı rəqibi - "Qəbələ" ilə ev oyununun bilet satışına start verib. Azerisport.az xəbər verir ki, sentyabrın 1-dən etibarən klubun mövsümlük abunə sahibi olan azarkeşləri "Qəbələ" ilə görüşə biletlər əldə edə bilər. Sentyabrın 10-dan isə digər azarkeşlər də bu qarşılaşmaya bilet almağa başlayacaqlar.
Qeyd edək ki, "Krasnodar" - "Qəbələ" matçı oktyabrın 1-də keçiriləcək.