Öncə Kovaç, sonra Prosineçki
31 avqust 2015 15:30
AÇ-2016-nın seçmə mərhələsində sentyabrın 3-də “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb. Azerisport.az həmin proqramı diqqətinizə çatdırır:
Xorvatiya milli komandası
2 sentyabr
Saat 19:30. Mətbuat konfransı
Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
2 sentyabr
Saat 20:30. Mətbuat konfransı
Saat 21:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Hər iki mətbuat konfransı və mətbuat üçün açıq məşq “Bakcell Arena”da keçiriləcək.