Dodo: Qəbələ bu uğurlarla kifayətlənməyəcək
28 avqust 2015 12:30
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla (ilk oyun 0:0) başa çatan görüşdən sonra bunları söyləyib:
"Artıq bir neçə ildir "Qəbələ"də çıxış edirəm. Bu klub mənim üçün doğmalaşıb. Bizə məhz belə uğurlar çatışmırdı. Klub tarixinin ən böyük uğuruna imza atdıq. Sonuncu oyun təsnifat mərhələsindəki ən çətin qarşılaşmamız oldu. Amma biz öz oyunumuza, çəkdiyimiz əziyyətlə bu uğura layiq idik. Bu uğurlarla kifayətlənməyəcəyik. Qarşıda yeni hədəflər var".
Qeyd edək ki, "Panatinaikos"un qapısında vurulan hər iki qolun müəllifi məhz Dodo olub.