Yığmamızın sabiq müdafiəçisi Premyer Liqa klubunda
3 avqust 2015 18:45
Azərbaycan yığmasının sabiq üzvü Emin Cəfərquliyev özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, yeni mövsümdən Premyer Liqada çıxış edəcək.
Belə ki, Emin AZAL-la anlaşıb. Tərəflər arasında 1 illik müqaviləyə imza atılıb.
Qeyd edək ki, Cəfərquliyevin son klubu birinci divizionda çıxış edən "Şuşa Qarabağ" lub.