Sumqayıt milli komandamız üzərində qələbəyə sevindi
3 avqust 2015 17:15
"Sumqayıt"ın əsas komandası kimi, əvəzediciləri də yeni mövsüm üçün hazırlığını tamamlamaq üzrədir. Azerisport.az xəbər verir ki, hazırlıq mərhələsi çərçivəsində Samir Abasovun rəhbərlik etdiyi komanda yoxlama oyununda qüvvəsini sınayıb.
Sumqayıtlılar "Neftçi"nin 19 yaşadək futbolçulardan ibarət komandası ilə üz-üzə gəliblər. "Sumqayıt"ın əvəzediciləri millimizi 2:1 hesabı ilə üstələyib.