Sumqayıt Amit Quluzadəni heyətinə qatdı
3 avqust 2015 15:45
Bir müddət əvvəl Ayaz Mehdiyev və Elnur Abdulovla müqavilə imzalayan "Sumqayıt" Futbol Klubu Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Amit Quluzadə ilə güclənib. Azerisport.az xəbər verir ki, 1992-ci il təvəllüdlü adıçəkilən futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Amit "Sumqayıt"da 24 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Amit karyerası ərzində "Neftçi", "Kayseri Ərciyəsspor", "Rəvan", "Qəbələ" və Portuqaliyanın "Atletiko" CP klublarının şərəfini qoruyub.