Elçin Məmmədov Astana Arenanı yoxlayacaq
3 avqust 2015 12:15
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb. Azerisport.az xəbər verir ki, o, tədbirin direktoru (UEFA Venue Director) qismində avqustun 9-dan 12-dək Qazaxıstanın Astana şəhərində yerləşən “Astana Arena”nın UEFA yarışlarının 2015-2016-cı il mövsümünə hazırlıq səviyyəsini yoxlayacaq. (AFFA)