Stefan Yohansen: Səfərdə də Qarabağa qol vurmalıyıq
3 avqust 2015 00:50
Şotlandiyanın "Seltik" klubunun yarımmüdafiəçisi Stefan Yohansen UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, ilk oyunda 1:0 hesabıyla qalib gəlmiş Şotlandiya çempionunun futbolçusu bunları söyləyib:
"Bizə cavab oyununda da qol vurmaq lazımdır. Çünki belə oyunlarda səfər qolu vacib əhəmiyyət daşıyır. İlk oyunda qol buraxmamaq da bizim üçün vacib idi. Buna nail olduq, üstəlik, qol da vurub, qalib gəldik. Fikrimcə, cavab oyunu öncəsi yaxşı nəticəyə nail olmuşuq. Amma hələ işimizi tamamlamamışıq".