Atletikin futbolçusu İnterlə cavab matçını buraxa bilər
1 avqust 2015 16:00
İspaniyanın "Atletik" klubunun yarımmüdafiəçisi Ander İturraspe Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı cavab matçını buraxa bilər. Azerisport.az xəbər verir ki, ilk oyunda doğma meydanda 2:0 hesablı qələbəyə sevinən Bilbao təmsilçisinin futbolçusu həmin görüşdə zədələnib.
Bunu komandanın baş məşqçisi Ernesto Valverde də təsdiqləyib. Amma onun yaşıl meydanlardan nə vaxta qədər kənarda qalacağı dəqiq bilinmir.
Qeyd edək ki, İturraspe "İnter"lə ilk oyunun fasiləsində əvəzlənmişdi.