Qorka Elustondo: İnterə daha çox qol vura bilərdik
31 iyul 2015 19:20
İspaniyanın "Atletik" klubunun müdafiəçisi Qorka Elustondo Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
"Qələbə qazanmaq üçün əlimizdən gələni etməyə çalışdıq. Daha çox qol vurmağımız mümkün idi. Amma 2:0 da qələbədir və buna sevinmək lazımdır. Rəqib bizə oynamağa imkan verirdi. Sadəcə, çoxlu müdafiəçi ilə oynadıqlarından, bir qədər çətinlik çəkirdik. İki cavabsız qolla qalib gəldiyimiz üçün bu, Bakıdakı cavab oyunu öncəsi böyük üstünlükdür".