Ürfan Abbasov: Apollonun qol vurduğu epizodda səhvim vardı
31 iyul 2015 16:15
"Qəbələ"nun müdafiəçisi Ürfan Abbasov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubuna qarşı keçirdikləri səfər matçını şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Rəqib oyuna çox güclü pressinqlə başladı. Azarkeşlərinin də möhtəşəm dəstəyi var idi. "Apollon"un komandamıza qol vurduğu epizodda mənim də səhvim vardı. Amma hər şeyə rəğmən, biz rəqibdən daha yaxşı oynadıq. Komanda yoldaşlarım xeyli güc sərf etdilər. Sağ olsunlar ki, məni də çətin vəziyyətdən çıxardılar, kömək etdilər. Allah eləsin ki, Bakıdakı oyunda uğur qazanaq".