Nizami Hacıyev: Atletikdən çəkinmirik
30 iyul 2015 19:30
"İnter"in futbolçusu Nizami Hacıyev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirəcəkləri ilk oyun haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Üçüncü mərhələdə oynamaq bizim üçün yaxşı haldır. Bu dəfəki rəqib daha güclüdür. Amma biz "Atletik"dən çəkinmirik. Bilbaoda bizi çətin oyun gözlədiyini anlayırıq. Komanda olaraq buna hazırıq. Adlı-sanlı rəqibə qarşı mübarizə aparmaq futbolçular üçün böyük stimuldur. Çalışacağıq ilk oyunda münasibət nəticə əldə edək. Rəqib üçün bizimlə oyun yeni mövsümdə ilk matçdır. Ona görə diqqətli olmalıyıq".