Fotoreportaj|Video|На русском

Futbol

İnterlə Qəbələ Avroliqada növbəti sınağına çıxır

30 iyul 2015 02:15

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən komandalar - "İnter"lə "Qəbələ" də növbəti sınaqlarına çıxacaqlar.

Premyer Liqanın son mövsümündə müvafiq olaraq gümüş və bürünc medallara sahib çıxan təmsilçilərimizin hər ikisi Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Birinci təsnifat mərhələsində paytaxt klubu Albaniya "Laçi"sini (səfərdə 1:1, evdə 0:0) keçdiyi halda, bölgə təmsilçisi Tiflis "Dinamo"sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0). İkinci təsnifat mərhələsində isə "İnter" İslandiyanın "Hafnarfyordur" (səfərdə 2:1, evdə 2:2), "Qəbələ" də Serbiyanın "Çukariçki" (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdırmışdı.

Klublarımızın üçüncü təsnifat mərhələsindəki rəqibləri daha ciddi komandalardır. "İnter" bu mərhələdə İspaniya La Liqasında çıxış edən "Atletik"i mübarizədən kənarlaşdırmalıdır. Bilbao şəhərini təmsil edən bu klub 1898-ci ildə yaradılıb və 117 yaşı var. "Atletik" Madrid "Real"ı və "Barselona" ilə yanaşı İspaniyanın yüksək liqasını heç vaxt tərk etməyən üç klubdan biridir. Klubun indiki prezidenti Xosu Urrutiya, baş məşqisi isə Ernesto Valverdedir. Komanda ev oyunlarını 53 300 azarkeş tutumuna malik "San Mames" stadionunda keçirir.

Bilbao təmsilçisi ölkənin ən titullu komandalarından biri sayılır. "Atletik" 8 dəfə İspaniya çempionu olub, 7 dəfə ikinciliklə kifayətlənib. Ölkə kubokunu 24 dəfə başı üzərinə qaldırmış "İnter"in rəqibi 14 dəfə də finaldan məğlub ayrılıb. Bir dəfə İspaniya Superkubokuna sahib çıxan bu klub iki dəfə də həlledici oyunda uduzub. "Atletik"in qitə arenasında da uğurları var. Belə ki, bilbaolular 1976/77 və 2011/12 mövsümlərində indiki Avropa Liqasının finalına çıxıblar. Amma hər iki halda komanda meydanı məğlub tərk edib.

Bu klub Avropa Liqasına La Liqanın son mövsümündə 7-ci yeri tutaraq vəsiqə qazanıb. Keçirdiyi 38 oyunda bilbaolular 15 qələbə və 10 heç-heçə ilə 55 xal toplaya biliblər. 13 dəfə məğlubiyyətlə barışan komanda öz qapısında 41 top görübsə, 42 dəfə qol sevinci yaşayıb.

Komandanın heyətində La Liqadan yaxşı tanıdığımız xeyli ulduz futbolçu çıxış edir. Bilbao təmsilçisi demək olar ki, ancaq ispaniyalı futbolçulardan təşkil olunub. Heyətdə yeganə legioner futbolçu Fransadan olan Emerik Laportdur.

"Qəbələ" isə bu mərhələdə Kiprin "Apollon" komandasına qarşı mübarizə aparır. Limassol şəhərini təmsil edən bu klub 1954-cü ildə yaradılıb. "Apollon" Kiprin ən yaxşı klublarından biri hesab olunur. Klubun indiki prezidenti Nikos Kirzis, baş məşqisi isə Pedro Emanueldir. Komanda ev oyunlarını 13 331 azarkeş tutumuna malik "Tsirion" stadionunda keçirir. Lakin avrokuboklar zamanı rəqiblərini Larnakada qəbul edir.

Limassol təmsilçisi 3 dəfə Kipr çempionu olub, 4 dəfə gümüş medallarla kifayətlənib. Ölkə kubokunu 7 dəfə başı üzərinə qaldırmış "Qəbələ"nin rəqibi 7 dəfə də finaldan məğlub ayrılıb. "Apollon" bir dəfə Kipr Superkubokuna sahib çıxıb.

"Apollon"un qitə arenasında böyük təcrübəsi var. Belə ki, limassollular bütövlükdə 55 avrokubok matçına çıxıblar. Onların 15-də qələbə qazanıb, 10-da heç-heçə edən "Qəbələ"nin rəqibi qalan 30 görüşdə məğlubiyyətlə üzləşib.

Bu mövsüm Avropa Liqasında mübarizəyə "Qəbələ" kimi birinci təsnifat mərhələsindən başlayan "Apollon" öncə Moldovanın "Saxan" klubunu mübarizədən kənarlaşdırıb - 2:0, 2:0. İkinci təsnifat mərhələsində isə kiprlilər Litvanın "Trakay" komandasını evdə 4:0 hesabıyla məğlub edib, səfərdə qolsuz heç-heçəyə razılaşıblar.

Bu klub Avropa Liqasına Kipr çempionatının son mövsümündə 3-cü yeri tutaraq vəsiqə qazanıb. Komandanın heyətində çoxlu legioner futbolçu çıxış edir. Belə ki, Kipr klubunda Braziliyadan 5, Portuqaliyadan 4, Argentina, İspaniya, Fil Dişi Sahili, Serbiya, Albaniya, Yunanıstan, Şotlandiyadan isə 1 legioner var. Bir sözlə, komandanız cüzi hissəsini yerli oyunçular təşkil edir.

Göründüyü kimi, təmsilçilərimizin budəfəki rəqibləri sıradan komandalar deyil. Amma işə düzgün yanaşma, diqqətli oyun, maksimum güc sərf etməklə hər iki rəqibi mübarizədən kənarlaşdırmaq olar. Bu mənada təmsilçilərimizin cavab matçını doğma meydanda keçirməsi də üstünlük hesab oluna bilər. Sadəcə, səfərdən sərfəli nəticə ilə qayıtmaq lazımdır ki, ev oyununda azarkeş dəstəyindən yararlanmaqla böyük sürprizə imza atmaq, yeni tarix yazmaq şansı qalsın. Çünki ilk dəfə avrokubokların üçüncü təsnifat mərhələsində mübarizə aparan bu iki klub pley-off mərhələsinə adlamaqla tarixlərinin ən böyük uğurlarını gerçəkləşdirmiş olacaqlar.

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0.250, heç-heçə isə 0.125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 29-cu pillədədir və hesabında 12.250 reytinq xalı var. Onun 1.750 xalı cari mövsümdə qazanılıb. Bu mövsüm ölkəmizə 0.625 xalı "İnter", 0.500 xalı "Qəbələ", 0.375 xalı "Qarabağ", 0.250 xalı "Neftçi" qazandırıb. Ümid edək ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.

Klublarımıza gəlincə, "İnter" 4.950 xalla klub sıralamasında Avropanın 254-cü, "Qəbələ" isə 3.700 reytinq xalı ilə 305-cidir. Rəqiblərə gəlincə, "Atletik" 54.814 xalla 27-ci (!), "Apollon" da 10.235 xalla 144-cüdür.
 
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi
(ilk oyunlar)
30 iyul

22:00. “Apollon” - “Qəbələ”
Baş hakim: Sergey Boyko (Ukrayna)
Larnaka. “Antonis Papadopulos” stadionu

23:45. "Atletik" - "İnter"
Baş hakim: Stavros Tritsonis (Yunanıstan)
Bilbao. "San Mames" stadionu.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah