Emerik Laport: İnterə qalib gəlməyə çalışmalıyıq
29 iyul 2015 15:30
İspaniyanın "Atletik" klubunun müdafiəçisi Emerik Laport Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz çox düşünürük ki, bizdən uzaqda olan ölkələrdə yaxşı futbol oynaya bilmirlər. Amma oyun zamanı hər şey çox çətin olur. Biz tam olaraq oyuna köklənməliyik, mübarizə aparmalıyıq. Ən əsası isə qarşıdakı görüşdə qələbə qazanmağa çalışmalıyıq".