İnter üçün 80 azarkeş
29 iyul 2015 13:45
Sabah Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyada keçiriləcək "Atletik" - "İnter" görüşündə Azərbaycan klubunu 80-ə yaxın azarkeş dəstəkləyəcək. Azerisport.az xəbər verir ki, onlar arasında Bilbao və yaxın şəhərlərdə yaşayan azərbaycanlıların olacağı gözlənilir.
Bakı təmsilçisinin azarkeşləri üçün stadionda ayrıca sektor ayrılıb.
Qeyd edək ki, "Atletik" - "İnter" görüşü Bakı vaxtıyla saat 23:45-də başlayacaq.