UEFA nümayəndələri Bakı Olimpiya Stadionunda oldular
29 iyul 2015 13:15
UEFA-nın baş əməliyyat meneceri, Milli Assosiasiyalar Departamentinin əməkdaşı Kristof Yunq, stadionlar üzrə inspektor Trygve Borno və media nümayəndəsi Yuliya Zenkoviçdən ibarət nümayəndə heyəti Bakıda 2 günlük səfərdə olublar. Azerisport.az xəbər verir ki, UEFA rəsmilərinin səfərində məqsəd AÇ-2016-nın seçmə mərhələsində oktyabrın 10-da keçiriləcək Azərbaycan – İtaliya oyunu öncəsi aparılan hazırlıq işləri ilə maraqlanmaq olub.
Nümayəndələr qarşılaşmanın baş tutacağı Bakı Olimpiya Stadionuna baxış keçiriblər. Bununla yanaşı, qonaqlar mətbuat və digər təşkilatı məsələlərlə bağlı öz tövsiyələrini veriblər.