Vüqar Nadirov: Növbəti tsikldə xeyli xal toplaya bilərik
27 iyul 2015 17:45
Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirov DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının düşdüyü qrupu dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, Almaniya, Çex Respublikası, Şimali İrlandiya və San Marino ilə bağlı bunları söyləyib:
"Almaniya, Norveç və Şimali İrlandiya yığmalarını yaxşı tanıyırıq. Qrupumuzda həm güclü, həm də zəif komandalar var. Fikrimcə, bu komandaların hər birinə qarşı oynaya bilərik. Öncədən nə demək olar ki? Necə oynayacağımızı, neçə xal toplayacağımızı zaman və oyunlar göstərəcək. Amma bu seçmə mərhələdə xeyli xal toplaya bilərik. Bunun üçün şansımız olacaq. İlk oyunu necə keçirsək, davamı da elə olacaq. Ona görə də birinci oyunda maksimum uğurlu nəticə əldə etməliyik".