Qəbələnin rəqibi 21 oyunçu sifariş etdi
27 iyul 2015 16:15
Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Kiprin "Apollon" klubu Azərbaycan təmsilçisi ilə oyunlar üçün 21 futbolçu sifariş edib. Azerisport.az xəbər verir ki, heyətə aşağıdakı futbolçuların adları daxil edilib:
Qapıçılar: Bruno Vale, Mixalis Fani, İsli Hidi;
Müdafiəçilər: Angelis Angeli, Freyre, Nuno Lopes, Jayme, Georgios Merkis, Marios Stilyanu, Georgios Vasiliu;
Yarımmüdafiəçilər: Aleks, Fotis Papulis, Esteban Saketti, Elizio, Luka Stoyanoviç, Farley;
Hücumçular: Türam, Joao Pedro, Guye Qneki Abraham, Markos Qulyon, Georgios Kolokudias.
Qeyd edək ki, "Apollon" - "Qəbələ" matçı iyulun 30-da Larnakada keçiriləcək.