Apollonun baş məşqçisindən Qəbələ ilə oyun öncəsi çağırış
27 iyul 2015 16:00
Kiprin "Apollon" klubunun baş məşqçisi Pedru Emanuel Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi azarkeşlərinə müraciət edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bütün dostlarımızı və azarkeşlərimizi bizi dəstəkləməyə çağırıram. İstəyirik ki, hamınız bir nəfər kimi bizə 90 dəqiqə dəstək olasınız. Sizin bu oyunda iştirakınız bizim üçün vacibdir".
Qeyd edək ki, "Apollon" - "Qəbələ" matçı iyulun 30-da Larnakada keçiriləcək.