Atletikin Bakıya səfər tarixi bəllidir
27 iyul 2015 15:45
İspaniyanın "Atletik" klubunun Azərbaycana səfər tarixi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "İnter"lə mübarizə aparacaq Bilbao təmsilçisi Bakıya cavab oyunundan iki gün öncə - avqustun 4-də gələcək.
Qeyd edək ki, "İnter" - "Atletik" qarşılaşması avqustun 6-da keçiriləcək və saat 21:00-da start götürəcək. Bu komandalar arasındakı ilk oyun isə iyulun 30-da Bilbaodako "San Mames" arenasında gerçəkləşəcək.