Ruslan Qurbanov: Şəxsən mən belə qrupa düşdüyümüzə görə şadam
27 iyul 2015 14:45
Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının düşdüyü qrupu dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, Almaniya, Çex Respublikası, Şimali İrlandiya və San Marino ilə bağlı bunları söyləyib:
"Yaxşı qrupa düşmüşük. Almaniya, Şimali İrlandiya və Norveçi yaxşı tanıyırıq. Onların güclü və zəif cəhətlərini də bilirik. Çex Respublikası və San Marino ilə ilk dəfə eyni qrupda yer almışıq. Şəxsən mən belə bir qrupda yer aldığımıza görə şadam. Fikrimcə, uğur qazanmaq şansımız olacaq və biz azarkeşlərimizi sevindirə biləcəyik".