Mladost - Neftçi matçının başlanma saatı dəyişdirildi
7 iyul 2015 20:15
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Mladost” – “Neftçi” oyununun başlanma saatı dəyişdirilib. Azerisport.az xəbər verir ki, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 20:00-da deyil, 23:30-da başlanacaq.
Xatırladaq ki, oyun iyulun 9-da Podqoritsa şəhər stadionunda keçiriləcək.