Novruz Məmmədov: Mənimlə yalnız İnter maraqlanırdı
7 iyul 2015 18:20
Müdafiəçi Novruz Məmmədov "İnter"ə keçməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"lə altı aylıq müqavilə imzaladım. Komandada rəqabət böyükdür. Harada güclü rəqabət olursa, orada inkişaf da güclü olur. Əlbəttə, mən də digərləri kimi özümü göstərməyə və əsas heyətə düşməyə çalışacağam. Düzünü deyim ki, başqa klublardan təklif almamışdım. Mənimlə yalnız "İnter" maraqlanırdı. Ona görə də bu kluba keçdim".