Dinamonun yüzə yaxın fanatı Qəbələyə gəlir
7 iyul 2015 17:00
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Gürcüstan "Dinamo"su (Tiflis) arasındakı cavab oyununa qonaq komandanın da azarkeşləri gələcək. Azerisport.az xəbər verir ki, iyulun 9-da Qəbələ şəhər stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək bu görüşü izləmək üçün Azərbaycana yüzə yaxın gürcü fanatın gəlməsi gözlənilir.