Azərbaycanlı hakim Avropa Liqasının oyununda
7 iyul 2015 15:45
Azərbaycanlı FİFA referisi Orxan Məmmədov Avropa Liqasına təyinat alıb. Azerisport.az xəbər verir ki, o, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin birinci təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın "Beroe" və Litvanın "Atlantas" klubları arasındakı cavab görüşünü idarə edəcək.
Qeyd edək ki, bu görüş iyulun 9-da baş tutacaq.