Zirədə yeni baş məşqçi
7 iyul 2015 15:30
“Zirə” FK yeni mövsümə hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, əsas komanda ilə yanaşı aşağı yaş qrupları üzrə komandalar da diqqət mərkəzindədir.
Ehtiyat qüvvəyə böyük önəm verən klub rəhbərliyi U-19-dan sonra U-17-nin də baş məşqçisi ilə müqavilə imzalayıb. Ramin Həbibov “Zirə”nin 17 yaşa qədər futbolçulardan ibarət komandasının baş məşqçisi olacaq. Mütəxəssislə 1 illik müqavilə bağlanıb.